Aylardır dəniz sözü dilinizdən, statusunuzdan düşmürdü Aylardır dəniz sözü dilinizdən, statusunuzdan düşmürdü

"Çimərliklərə icazənin verilməsini lağa qoymaq cahillikdir"

Aylardır dəniz sözü dilinizdən, statusunuzdan düşmürdü

"Operativ Qərargah avqust ayının 5-dən sonra müəyyən yumşaldılmalarla bağlı qərarlar qəbul edib. Bu gün ən vacib olanı düzgün qərarlar qəbul etmək və koronavirusla mübarizədə vəziyyətə tam nəzarət etməkdir."

AzNews.az xəbər verir ki, bunu "Baymedia.az" saytına açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, ən vacibi təhlükəsiz və sağlam istirahətın təşkilidir: "Yay fəslinə daxil olandan sosial şəbəkələrdə çimərlik sezonunun olması, dənizə getməyin vacibliyi barədə fikirlər səsləndirilir. Payızda xəstəliyin yeni və daha güclü dalğası gələcək, insanlar D vitamini almalıdır ki, immun sistemləri qaydasında olsun, virusa müqavimət göstərə bilsin. Haqlı fikirlərdir və doğru yanaşmadır. Buna görə də Operativ Qərargah çox ciddi iş apardı, çimərlikləri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib. "Cimerlik.az" saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir. Ən vacibi budur ki, vətəndaşlar 3 qızıl şərtə əməl etməlidir. Maska taxmalı, məsafə saxlamalı, gigiyenik qaydalara əməl etməli! Biz beynəlxalq təcrübədən yararlanmalıyıq tezisilərini önə çəkirlər. Xarici ölkələrdən nümunə gətirilir və nəyə görə orada çimərliklərin açıldığını, Azərbaycanda isə buna icazə verilmədiyini bildirirdilər. Buna görə də bildiyim qədəri ilə “ASAN xidmət” pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndi, çimərlik üzrə tətbiq edilən qaydları və şərtləri araşdırdı. Nəticə etibarilə vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadə təmin edildi. Və bu da cəmiyyətdə çox mübət qarşılanır."

Niyaməddin Orduxanlının fikirincə, bu gün hələ də koronavirusla mübarizəyə laqeyd yanaşanlar da var və bunların bəziləri sosial şəbəkədə fərqinə varmadan statuslar yazırlar: "Birinci mərhələdə Azərbaycan tam yumşaldılmaya getdi. Nəticə nə oldu? Qısa müddət ərzində gündəlik yoluxma 600-dən yuxarıya qalxdı və artıq xəstəxanalarda çarpayı çatışmazlığı yarandı. Hökümət ağır bir vəziyyətlə qarşılaşdı və çox doğru qərar nəticəsində yenidən sərtləşdirilmiş karantin rejiminə qayıdıldı. Bunun nəticəsində yoluxma sayı 300 və sağalanların sayı 700 nəfər çox olur. Sağalanlar yoluxanlardan 2 dəfə yarımdan çox olur. İlk növbədə həmin adamlar bunun düşünməlidir. Aylardır dəniz sözü dilinizdən, statusunuzdan düşmürdü. Sizi düşünərək, təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərlikləri açırlar, indi də lağ edirsiz, ya da deyirsiz, çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı. Görəsən, rayonlara gediş-gəliş açılsaydı, nə deyərdiniz? Axı ən azından dəfələrlə deyildi və hamı şahid oldu ki, məhdudiyyətləri birdən birə aradan qaldıranda vəziyyət pisləşir, yoluxma, ölüm sayları artır. Bu qədər əzab və əziyyət hesabına yenidən yaxşı dinamika əldə edildiyi halda, nəyə görə nailiyyətlərimizi yenidən heçə endirək?! Olmazmı ki bütün məsələləri mərhələli şəkildə həll edək?! Bu gün çimərliklər açıldı, yoluxanların sayı daha da aşağı düşəndən sonra rayonlara gediş-gəliş də bərpa olunacaq, "Mall"lar da açılacaq, digər məsələlər də öz həllini tapacaq. İlk növbə biz ən doğru qərarların qəbul edilməsini düşünməliyik. Rəsmi məlumatlara görə, 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib. Dövlət bunu kimin üçün edir? Öz vətəndaşı, onun rahatlığı üçün. Əgər dövlətin bütün səyləri vətəndaşı qorumaq, təhlükənin qarşısını almağa yönəlibsə, bunu başa düşmək, qiymətləndirmək lazımdır. Öz varlığını sübut eləmək üçün görülən bütün işləri qaralamaq heç də yaxşı hal deyil və heç kimə başucalığı gətirmir. "

QHT sədrinin sözlərinə görə, ən inkişaf etmiş ölkələr belə bu gün tədricən yumşalmaya gedir: "Qabaqlayıcı tədbirlər görülməlidir. Necə ki, dünyanın ən inkişaf etmiş ölkələri bunu edir. Ən vacibi insan faktorudur. Təbii ki, sahibkarların da fəaliyyətini diqqətdən qaçırmaq olmaz. Onlara dövlət qayğısını davam etdirmək lazımdır. Bəzi mütəxəssilər qeyd edirlər ki, yaxın günlərdə kiçik mağazaların, dərzi dükanlarının və digər iaşə obyektlərinin da fəaliyyətini bərpa etmək olar. Və bununla da kiçik sahibkarlara çox cidd dəstək vermək olar və bu, ciddi problem yaratmaz. Həm də unutmamalıyıq ki, sentyabr ayında məktəblərin açılması nəzərdə tutulacaqsa, valideynlər məktəblilər üçün paltar və digər avadanlıqlar almalıdır. Və o zaman ciddi növbələr ola bilər. Bu da insanların yaxından təması ilə nəticələnə bilər. Düşünürəm ki, Operativ Qərargah bu və ya digər istiqamətdə də ən doğru qərarları qəbul edəcək".