Ermənistana 100 minə yaxın qaçqın gedib Ermənistana 100 minə yaxın qaçqın gedib

"Ermənistan diz çökəcək" - BAXCP sədrinin müavini

Ermənistana 100 minə yaxın qaçqın gedib

"Bu gün Ali Baş Komandanın xalqa müraciəti ermənilərə dəstək verən hər kəs üçün açıq mesaj idi".

AzNews.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, Ali Baş Komandan son müraciətində ərazi bütövlüyümüzün təmin olunması üçün sona qədər gedəcəyimizi hər kəsə açıq şəkildə bir daha çatdırdı:
"Prezident İlham Əliyev öz qətiyyəti ilə bir daha hər kəsə layiq olduğu cavabı verdi. Ermənilərə dəstək verən qüvvələri fakt qarşısında qoydu və cənab Prezident xalqımızın birmənalı, qətiyyətli mövqeyini, torpaqlarımızın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunması üçün sona qədər gedəcəyimizi hər kəsə net şəkildə çatdırdı. Çox möhtəşəm çıxış idi. Bununla Prezident ermənilərin son ümidlərini də məhv etdi. Onlara başa saldı ki, heç bir qüvvə onu və xalqını bu yoldan çəkindirməyəcək və düşünürəm ki, erməni xalqı cənab Prezidentin çıxışından ciddi şəkildə nəticə çıxarmalıdır. Yoxsa, onlara nə qədər kömək olmaqlarından asılı olmayaraq, bundan da daha böyük itkilərə, mərhumiyyətlərə düçar olacaqlar".
N.Orduxanlı onu da qeyd edib ki, Ermənistanın sosial partlayışla üz-üzə qalmaması üçün bir yolu var:
"Sentyabrın 27-dən bu günə qədər Ali Baş Komandan 4 şəhəri, 4 qəsəbəni və 200-ə yaxın kəndi işğaldan azad edib. Bir ay ərzində 100 minə yaxın kasıb, yoxsul Ermənistana 100 minə yaxın qaçqın gedib. Bilirsiniz bu Ermənistan üçün nə deməkdir? Heç bir iqtisadiyyatı olmayan Ermənistan diz çökəcək, açlıq vəziyyətinə düşəcəklər. Ermənistanda sosial partlayışın baş verməsi gözlənilir. Bütün bunların bir yolu var, qısa müddətdə, cənab Prezidentin dediyi kimi, torpaqlatımızdan dərhal çıxmalıdır. Onsuz da hər gün onları kənd kənd, qəsəbə qəsəbə, şəhər şəhər çıxardırıq! Bütövlüyümüzün təmin edilməsi yolunda Ali Baş Komandanımız İlham Əliyevə və Azərbaycana olan təzyiqlərin heç bir nəticəsi olmayacaq! Azərbaycan prezidentinin xalqa son müraciətlərində bunu hər kəs görməlidir!"