"Vaksin kifayət qədər təhlükəsizdir" - Oqtay Şirəliyevdən açıqlama

İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulasız

"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrə valsinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqədə olub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulsunlar", - o bildirib. (report)

AzNews.az