“ECMO aparatından hələ ayırmayıblar” - Koronavirusa yoluxan tarixçinin xanımı

"Xəstəxana ziyarətə bağlı olduğuna görə mən ora gedib-gələ bilmirəm"

Tarixçi alim Dilavər Əzimli bir müddət əvvəl koronavirusa yoluxub. O, dekabr ayının 30-da ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib və hazırda müalicəsi davam edir.

Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qazıyeva onun son durumu haqqında danışıb.

Xanımı bildirib ki, Dilavər Əzimli 20 gündür ECMO aparatına qoşulub, vəziyyəti stabil-ağır olaraq qalır, müalicəsi davam etdirilir:

"Xəstəxana ziyarətə bağlı olduğuna görə mən ora gedib-gələ bilmirəm. Hər gün baş həkimlə əlaqə saxlayıram, amma onu da bilirəm ki, həkimlər öz peşə borcları qarşısında, dövlət rəhbərliyi qarşısında hesabatlıdırlar.

ECMO aparatından nə zaman çıxacağı isə hələ məlum deyil. Çünki müalicə bir az ləng gedir. İrəliyə doğru çox cüzi bir dəyişiklik olub. Bir neçə gün öncə başqa bir infeksiyanın olduğu deyildi, onu aradan qaldırdılar, yenidən ağciyərin müalicəsi aparılır. Mən çox böyük ümidlə gözləyirəm ki, onlar mənə sevincli xəbərlər verəcəklər". (Modern.az)

AzNews.az