- Göz önü
- 12 Aprel 2021 10:55
- 5 558
Rektor koronavirusa yoluxdu

"Hazırda səhhəti yaxşıdır"
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.
O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında bu gündən əyani dərslər dayandırılıb.