Ermənilər bunu Baydenin xəyanəti hesab edir Ermənilər bunu Baydenin xəyanəti hesab edir

Baydendən Azərbaycanla bağlı erməniləri qıcıqlandıran qərar

Ermənilər bunu Baydenin xəyanəti hesab edir

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə rəsmən icazə verib.

AzNews.az xəbər verir ki, Bayden Konqresə “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təxirə salınmasını uzatdığını bildirib.

Konqresə göndərilən bildirişdə deyilir ki, Azərbaycana edilən bu yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səylərə xələl gətirməyəcək və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcək.

Sözügedən bildirişdə yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, həmçinin "Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək" üçün lazım olduğu qeyd olunub.

Bu qərar Amerikadakı erməni icmasının tənqidinə səbəb olub.

Ermənilər bunu qondarma erməni soyqırımının tanınmasından sonra xəyanət hesab edir.

Pərvanə