Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib

“İnsanları qızışdırıb yalan vədlər vermək yolverilməzdir”

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib

“Son dövrdə ayrı –ayrı qüvvələr tərəfindən köçkünlərin dərhal işğaldan azad edilmiş rayonlara köçürülməsini istəyirlər. Ancaq tək Ağdamada 97 min mina yerləşdirilibsə, gör digər ərazilərdə nə qədər mina var. O baxımdan da insanları qızışdırmaq, yalan vədlər vermək qəti şəkildə yolverilməzdir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisdə çıxışında deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə buna qarşı mübarizə aparmaq lazımdır: “Neftin qiyməti düşəndə toy-bayram edən müxalifətdə olan partiya rəhbərləri işğaldan azad edilmiş rayonların taleyi ilə bağlı məlumatlar verirlər. Nə vaxt bir qazinin yanında olublar, ona baş çəkiblər? Ancaq suyu bulandırmaqla məşğuldurlar”.