Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.

AzNews.az quruma istinadən xəbər verir ki, bu, Anar Rzayevdir.

O, 1973-cü ildə Bakı şəhərində anadan olub, "Xəzər Universiteti"nin Hüquq və sosial elmlər fakültəsini bitirib,1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

A.Rzayev 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.