“Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammitinin keçirilməsi Azərbaycanın bir daha beynəlxalq nüfuzunun böyük dərəcədə artırmasını göstərən əlamətdir” “Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammitinin keçirilməsi Azərbaycanın bir daha beynəlxalq nüfuzunun böyük dərəcədə artırmasını göstərən əlamətdir”

“Qoşulmama Hərəkatının Gənclər Təşkilatı gənclərimizin beynəlxalq əməkdaşlığını daha da möhkəmləndirəcək”

“Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammitinin keçirilməsi Azərbaycanın bir daha beynəlxalq nüfuzunun böyük dərəcədə artırmasını göstərən əlamətdir”

Bu fikri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.

Asif Əsgərli deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyini davam etdirir: “Azərbaycan Qoşulmama Hərəkatında təşəbbüskarlıqla çıxış edir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, eləcə də Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis edilib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi 2023-cü ilə qədər uzadılıb. Bu da 120 ölkə arasında ölkəmizə olan inam və etimadın nəticəsidir. Gənclərin Sammitində iştirakçılara ünvanlanmış müraciətində Prezident İlham Əliyev bu məsələyə də diqqət çəkib. Bütün bunlar da Azərbaycanın xarici siyasəti istiqamətində atılmış önəmli addımlardır”.

YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, Qoşulmama Hərəkatı Gənclər Sammiti dövlət tərəfindən gənclər siyasətinə göstərilən diqqətin bariz nümunəsidir: “Azərbaycan çox az ölkələrdəndir ki, gənclər siyasətini öz dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir və bütün təbəqələrdən olan gənclər qruplarını əhatə etməklə istənilən maraq və ehtiyacları üzə çıxarır və onların qarşılanmasını təmin edir. Digər müsbət effektiv təsirlər kimi gənclərimizin artıq müasir bilik, təcrübə və texnologiyalara yiyələnmələrini, zamanın tələb və istəkləri ilə ayaqlaşa bilmələrini və onlarda yaxın və uzaq xaricdə özlərini və mənsub olduqları dövləti layiqincə təmsil etmək ənənələrinin formalaşmasını qeyd etmək lazımdır. Çox müsbət haldır ki, Qoşulmama Hərəkatı Gənclərinin Bakı Sammitində belə savadlı gənclərimiz çıxış edir və təkliflər irəli sürürlər”

Asif Əsgərli Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyasına da diqqət çəkib və orada qəbul edilən sənədlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Sammit iştirakçıları iyulun 25-28-də keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri iyulun 29-da Şuşada qəbul ediblər. Önəmli fəaliyyətlərdən biri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasıdır. Sevindirici haldır ki, təşkilatın daimi katibliyi Bakı şəhərində yerləşəcək. Bu da gənclərimizin beynəlxalq əməkdaşlığını daha da möhkəmləndirəcək”.