Fəzail Ağamalı GAMQH başqanı ilə görüşüb

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu gün Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Başqanı Eldar bəy Qaradağlı və onun təşkilat məsələləri üzrə yardımçısı Əli bəy Eşqlə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyası sədrinin köməkçisi Həcər Məlikova qeyd edib.

Görüşdə GAMQH-la AVP arasında əməkdaşlıq və Güney Azərbaycanda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.