- Göz önü
- 17 May 2023 11:59
- 7 803
Nazir: "Azərbaycanda istifadə olunan suvarma sistemlərinin 5 %-i idarəolunandır"
Azərbaycanda bu gün istifadə olunan suvarma sistemlərinin təxminən 5 %-i idarəolunandır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar İnnovasiyalar Forumunda çıxışı zamanı deyib.
M. Məmmədovun sözlərinə görə, bu rəqəm kifayət qədər azdır.
"Bizim əsas hədəflərimizdən biri bunun miqyasını genişləndirməkdir. Həmçinin qlobal istiləşmənin də kənd təsərrüfatına mənfi təsirləri var. Bu haxımdan suyun düzgün formada idarə edilməsi olduqca əhəmiyyətlidir", - nazir əlavə edib.