"Son mənzili də Kəlbəcər oldu"- Hikmət Hacıyev başsağlığı verdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Moderator.az" xəbər portalının baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin vəfatı münasibəti ilə baş sağlığı yayımlayıb.

Hikmət Hacıyev öz Twitter hesabında yazıb:

"Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu".