Prezident əqidəli iş adamını təltif etdi - TƏBRİK MESAJI

"Xalqımızın ən gözəl deyimlərindən biri də budur: Ürəklərimiz birdir! Telefondan kənar idim, götürdüm ki, əziz qardaşım Murvat Hasanliyə Novruz təbriki üçün zəng edim. Qarşıma çıxan fotodan məlum oldu ki, Liderimiz, Cənab Prezidentimizin sərəncamı ilə Azərbaycanın vətənpərvər iş adamı, Göyçə təəssübkeşi, Bütöv Azərbaycan sevdalısı və nəhəyət sirdaşım olan Mürvət abim "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub".

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. Baş redaktor tanınmış iş adamına təbrik mesajında daha sonra deyib:

"Sevinc üstünə sevinc, bayram üstünə bayram gəldi! Mənim Mürvət Həsənli ilə şəxsi münasibətlərimi həmişə yozanlar olub. Amma Uca Tanrı şahiddir və dövlətimizin ən məsul qurumları da artıq çox gözəl bilir ki, bizi bir-birimizə təmənnasız dostluq və Vətən idealı birləşdirir. Zənnimcə, bu təltif Mürvət Həsənlinin timsalında bütün əqidəli və sabit insanlara dövlətin və dövlətçiliyin münasibəti olaraq həm keçmişə qiymət, həm də gələcək fəaliyyət üçün gözəl bir stimul oldu. Təltifin, stimulun və bayramın mübarək, DOSTUM"!