Tanınmış jurnalist əməliyyat olundu

Tanınmış jurnalist Azər Rəşidoğlu əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, səhhətində yaranmış problemlə əlaqədar Milli Onkologiya Mərkəzinə müraciət edən jurnalist bu gün əməliyyat edilib.

3 saatdan artıq çəkən əməliyyat uğurla başa çatıb.

Azər Rəşidoğlu reanimasiya şöbəsinə yerləşdirilib. Onun sabah palataya köçürülmək ehtimalı var.