"O şəxslərlə nə qədər eyni səhnədə addımlayaq?" "O şəxslərlə nə qədər eyni səhnədə addımlayaq?"

Könül Kərimova səhnədən gedir

"O şəxslərlə nə qədər eyni səhnədə addımlayaq?"

Əməkdar artist Könül Kərimova bayağı ifaçıların əlindən səhnədən gedir

AzNews.az xəbər verir ki, sənətçi bu barədə "Şou ATV" verilişində deyib. Könül Kərimova bunun səbəbini bayağı mahnı oxuyan ifaçıların geniş səhnəyə yer alması ilə əlaqələndirib:

"Adlarını çəkmək istəmədiyim şəxslərlə nə qədər bu səhnədə eyni addımlayaq? Əvvəl də olub, amma bu dərəcədə olmayıb. Onları bu dərəcəyə gətirib çıxarmaq dəhşətdir. Saray səhnəsinə, verilişlərə gətiriblər onları. Deyirəm bir müddətlik gedim səhnədən, görüm bunların sonu necə olacaq. Musiqiçilərin də həvəsi ölüb. Onları verilişə güclə gətirmişəm. Tək mən yox, bütün müğənnilərin buna görə həvəsi qalmayıb. Bununla musiqi inkişaf edər? Gedirik gözəl tədbirə, siyahı gətirirlər, çaşıb qalırsan ki, məndən sonra gör səhnəyə kim çıxacaq".

AzNews.az