- Üçüncü sektor
- 4 Mart 2019 14:39
- 3 528
Yenidən ailə qurmaq istəyən Nura Suri: Alan yoxdur - VİDEO

Müğənni ailə qurmaq istəyindən danışıb.
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Nura Suri olub.
AzNews.az xəbər verir ki, müğənni yenidən ailə qurmaq istəyindən danışıb:
“8 martdan xüsusi təbrik, heç yerdən, heç kimdən gözləmirəm. Mənə göz dəydi. Axırıncıdan sonra nə qapıya gələn var, nə də almaq istəyən. O qədər dedilər, dedilər ki, göz partdatdı, qoymadı. Yenidən niyə də evlənməyim? Olsun, olsun... Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm ki, bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafatı qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb. Nə 14 fevralda, nə 8 martda məni təbrik edənim yoxdur. Zövqləri çoxdan korlanıb”.
Aynur
AzNews.az