"Kefim çox yerindədir" "Kefim çox yerindədir"

Sıla ilk dəfə bu şəxslə eşq yaşadığını etiraf etdi

"Kefim çox yerindədir"

Türkiyəli müğənni Sıla Gençoğlu aşbaz Hazer Amani ilə eşq yaşadığını etiraf edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sıla bu haqda müxbir Ömür Sabuncuoğluna danışıb.

O, şəxsi həyatı ilə bağlı "Ürəyiniz doludur?" sualına "Ürəyim həmişə doludur" cavabını verib.

Müğənni münasibətindən məmnun olduğunu bildirib:

"Kefim çox yerindədir. Özümü heç bu qədər dinc hiss etməmişdim. Gözəl bir şey yaşayıram".

Xatırladaq ki, müğənni bir müddət əvvəl münasibətdə olduğu aktyor Ahmet Kuralı ona şiddət göstərdiyi iddiası ilə məhkəməyə verib.

Gül Qədirli

AzNews.az