Lerik rayonunda gənc qızlar üçün təlimlər keçirilib

Azəri Gənclər Alyansı ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun 17-ci müsabiqəsində qalib gələrək Fondun maliyyə dəstəyi ilə “Erkən nikahlara yox!” adlı növbəti layihəyə start verib. Maarifləndirmə işlərinin aparılması mövzusuna həsr edilən layihənin məqsədi erkən nikahların daha çox müşahidə olunduğu sərhəd bölgələrində - Lerik, Lənkəran və Astara rayonlarında, xüsusilə ilə də həmin regionun bir qrup 11-15 yaşlı yeniyetmə gənc qızları ilə maarifləndirici təlimlər, eləcə də onları zorla ərə verməyə çalışan valideynləri ilə ictimai dinləmələr təşkil etməkdir. Qarşıya qoyulan hədəf valideynləri gənc övladlarını erkən nikahlara sövq etməkdən çəkindirmək və ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.

Azəri Gənclər Alyansı ictimai birliyi layihə çərçivəsində ilk maarifləndirici tədbirini fevral ayının 10-u və 11-də Lerik şəhərində həyata keçirib. İki günlük tədbirdə 50-dək yeniyetmə gənc qızlar üçün interaktiv təlimlər və ictimai dinləmə təşkil edilib. Tədbirdə Lerik rayon icra hakimiyyətinin müavini Arzu Vəliməmmədova, Azəri Gənclər Alyansının sədri Leyla Sadıqova, UNEC-in Beynəlxalq Əlaqələr departamentinin direktoru, ekspert Nərmin İbrahimova, DİN yanında İctimai Şuranın üzvü Sevda Mammadova və Gənclər Fondunun Təlimçi Məlumat Bankının təlimçisi Ayfər Şakirli iştirak edərək gənc qızlara erkən nikahların fəsadları və bu qanuna zidd halların qarşısının alınması istiqamətində ətraflı məlumat verilib.

Qeyd edək ki, Azəri Gənclər Alyansı İB “Erkən nikahlara yox!” adlı maarifləndirmə işlərinin aparılması mövzusunda növbəti təlimlərin Astara və Lənkəran şəhərlərində keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində ictimai-praktiki erkənnikah.az internet saytının hazırlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

image description image description image description image description image description