Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir.
  • Tribuna
  • 18 Yanvar 2019 14:44
  •  2 751

"Bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb"

Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir.

Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili qətnamə qəbul olunması ilə əlaqədar tədbirin keçirilməsi ilk növbədə onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı antiazərbaycançı mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi.

Bu sözləri AzNews.az-a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, qısa bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb.

"Özü onun vəziyyətinin yaxşı olduğunu bəyan etdi. Keçirdiyi aksiyanı dayandırdığını bildirdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də orada oldular. Hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edirlər. Necə deyərlər, Papadan artıq katolik olmağa çalışırlar. Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa bunu artıqlaması ilə edir. Yetər ki, heç kəz azadlıq və hüquq məsələsinin siyasi alver predmetinə çevirməsin.

Əgər bu qətnamənin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür, Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir.

Bir sıra hallarda o rəngli inqilablarına ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib.

Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün, fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir". Hikmət Babaoğlu belə deyib.

Millət vəkili hesab edir ki, bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb:

"Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos çıxarmaq, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ problemin həllini unutdurmaqdır.

Biz bilirik ki, Azərbaycan 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bununla bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir. Öz milli məqsədlərinə çatmaq üçün öz prinsipial mövqeyini və hərəkətlərini davam etdirəcək”.

Elgün Mənsimov

AzNews.az