Son zamanlar qonşu və dost bildiyimiz Gürcüstanda Türkiyə-Azərbaycan xalqlarını yaralayan Türk düşmənçiliyi bizləri üzür. Son zamanlar qonşu və dost bildiyimiz Gürcüstanda Türkiyə-Azərbaycan xalqlarını yaralayan Türk düşmənçiliyi bizləri üzür.
  • Tribuna
  • 2 Fevral 2019 22:42
  •  3 169

“Terrorçuya görə dövlət maraqlarını qurban vermək olmaz” - Türk diplomatdan Gürcüstana

Son zamanlar qonşu və dost bildiyimiz Gürcüstanda Türkiyə-Azərbaycan xalqlarını yaralayan Türk düşmənçiliyi bizləri üzür.

“Ölkə.Az” xəbər verir ki, Türkiyənin Azərbaycan və Moldovada fövqəladə və səlahiyyətli sabiq səfiri olmuş, məşhur diplomat Hulusi Kılıç Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına sərt etirazını bildirib.

“Həmişə Türkiyə-Azərbaycan Gürcüstanın pis vəziyyətində yanında olub. İki dövlət Gürcüstana arxa və dayaq durublar. Gürcü rəsmilərinin bu addımından son dərəcə narahatıq. Terrorçuya görə dövlət maraqlarını qurban vermək olmaz. Bu xain fəaliyyətləri şiddətlə qınayırıq. Ən qısa zamanda Gürcüstan hakimiyyətinin buraxdığı ciddi səhvlərin düzəldilməsini gözləyirik”.

AzNews.az