Ölkəmizin sosial-iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı müsbət təsirini göstərəcək. Ölkəmizin sosial-iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı müsbət təsirini göstərəcək.
  • Tribuna
  • 14 Fevral 2019 17:00
  •  3 246

"Prezident-xalq münasibətləri yüksək səviyyədədir"

Ölkəmizin sosial-iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı müsbət təsirini göstərəcək.

"Prezident İlham Əliyevin Real TV-yə müsahibəsi ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlərin təhlili kimi qiymətləndirilir".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov dedi.

Onun sözlərinə görə, 2019-cu ilə geniş islahatlar - inqilabi islahatlarla start verildi. Bu islahatların əsası 1993-cü ildən Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün də sürətlə inkişaf etdirilərək ölkə iqtisadiyyatının inkişafına nail olunub:

"Ulu öndər tərəfindən həyata keçirilmiş siyasi islahatlar nəticəsində ölkəmiz dünya siyasətinə inteqrasiya etdi, və inkişaf etmiş ölkələrin daxil olduğu birliklərə üzv oldu. Ölkəmiz aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi. Bütün bunlar sağlam dövlət - vətəndaş münasibətlərin nəticəsidir. Ölkə əhalisinin intellektual səviyyəsinin artması bu münasibətlərin daha da inkişafına səbəb olur. Ölkəmiz enerji təhlükəsizliyi siyasətini həyata keçirərək elektrik enerjisi alan ölkədən ixrac edən ölkəyə çevrildi. Ölkə 95% təbii qazla təmin olundu, içməli su ilə təminat 70% -ə çatdırıldı".

Deputat əlavə etdi ki, Azərbaycan Prezidenti Real TV-yə müsahibəsində bildirdi ki, Azərbaycanda həyata keçirilən islahatlar ölkənin inkişafına yönəlib:

"2018-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu. Bu il regionların üçüncü sosial-iqtisadi inkişafı Proqramı uğurla başa çatdı. Ölkəmiz sürətli iqtisadi inkişafa nail oldu. Dünya ölkələri ölkəmizin bu inkişafını rəğbətlə qarşıladılar. Şəhid ailələrinə məcburi köçkün və qaçqın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsində onlar mənzil və avtomobil ilə təmin olunur. Şəhid ailələrinə birdəfəlik 11 min manat yardım verilir. Cənab Prezidentin Şamaxıda baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlarla, eləcə də Beyləqan səfəri çərçivəsində sakinlərlə görüşü xalqımız tərfindən yüksək qiymətləndirilərək Prezident-xalq münasibətlərinin yüksək səviyyədə olmasını bildirir. 2019-cu il regionların dördüncü sosial-iqtisadi inkişafı Proqramının ilk ili olaraq ölkəmizin davamlı inkişafını elə indidən görürük. İqtisadiyyatda yeni bir mərhələ başlayıb. Cənab Prezidentin sərəncamı ilə minimum əməkhaqqının 180 manata çatdırılması, təqaüdlərin artırılması ilə bağlı göstərişin verilməsi və digər sosial yönümlü sərəncam və tapşırıqlar ölkə əhalisinin rifahına bilavasitə təsir göstərən amillərdən biridir. Dördüncü Proqram həyata keçirilərkən ölkəmizin sosial-iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı sürətdə müsbət təsirini göstərəcək".

E.Səlimov vurğuladı ki, aparılan islahatlar həmişə olduğu kimi ölkəmizin inkişafına, daha da qüdrətlənməsinə, inkişaf etmiş ölkələr sırasına daxil olmasına xidmət edəcəkdir. Ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlər turizmin inişafına böyük təkan verib, nəticədə də turist axınının sayı artıb. Ölkəmizdə həyata keçirilən xarici siyasət milli maraqlarımız qorunmaqla həyata keçirilir. Azərbaycan düzgün siyasət nəticəsində sabitlik məkanına çevrilib. Aparılan sosial iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edərək regionun ən güclü ölkələrindən birinə çevrilib:

"Biz buna inanırıq, çünki həyata keçirilən islahatların başında Möhtərəm Prezidentimiz durur. Ölkə rəhbəri tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın uğurlu gələcəyi gözlənilir. Yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı bunu yaxından hiss edəcəkdir".

Elgün
AzNews.az