Beynəlxalq ictimaiyyət artıq onun simasını, səviyyəsini gördü Beynəlxalq ictimaiyyət artıq onun simasını, səviyyəsini gördü
  • Tribuna
  • 12 Oktyabr 2019 13:37
  •  5 147

Deputat Paşinyanı çətinə düşəndə quyruğunu itirib qaçan kərtənkələyə bənzətdi

Beynəlxalq ictimaiyyət artıq onun simasını, səviyyəsini gördü

Cənab Prezidentin Aşqabad çıxışı bütün dünyaya bir çağırış idi.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin Aşqabad çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, işğalçı rejimin rəhbəri ilə yan-yana oturan cənab Prezident İlham Əliyev fikirlərini tamamiyə mahir, sərrast şəkildə ifadə etdi:

“Hətta o rejimin başçısı dözə bilməyib sərsəm düşüncələrlə fikirlər ortaya qoymağa çalışdı. Birincisi, cənab Prezident MDB dövlət başçılarına onun kimliyini bildirdi və Ermənistanda gedən siyasi proseslərin xarakterini açdı. Faşizmlə əməkdaşlıq edən insanlara burada heykəl qoyulur. Burada bəşəri yox, insanı yox, tamami ilə millətçi bir düşüncə sahibləri hökmranlıq edir. Bu ölkəyə rəhbərlik edənlər millətinin düşüncəsini deyil, yalnız qəddar, əzazil insan qatilinə çevrilmiş, insan qanına susamış insanların heykəlini qoyurlar. 27 milyon insan məhv edilib, faşizm tərəfindən öldürülüb, bu müharibənin qurbanı olub. Bu gün o masanın arxasında oturanlar 27 milyonun ağrı-acısını çəkən həmin nəsilin davamçılarıdır. 27 milyonun qatilinə çevrilmiş insanla əməkdaşlıq edənın heykəli qoyulur və milli qəhrəman səviyyəsinə qaldırılır. Cənab Prezident bunu gündəmə gətirməklə "Buyurun baxın, bu dövlətin, bu insanların, bu rəhbərlərin apardığı siyasət nəyə xidmət edir?" demək istəyib. Bütün millətləri qovub, millətçi bir ruhda olan insanlardan siz nə gözləyə bilərsiniz? Prezidentin çıxışı bir çağırış idi. Sonradan Paşiniyanın verdiyi cavab özü-özünü şikəst etdi. Kərtənkələ çətinə düşəndə quyruğunu itirib qaçır və quyruqsuz yaşayır. Buna biologiya elmində özü-özünü şikəstetmə deyirlər”.

Deputatın fikirincə, erməni xalqı öz rəhbərindən peşimançılıq çəkir: “Bunu dünya ictimaiyyəti gördü. İnanıram ki, erməni xalqı yaxın zamanlarda peşiman olduqlarını dilə gətirəcəklər. O düşüncə, oturduğu o kreslo onun başına çox böyükdür. Bu gedişlə papağını sona kimi başında saxlaya bilməyəcək. Artıq nə danışdığını bilmir, çabalayır. Beynəlxalq ictimaiyyət artıq onun simasını, səviyyəsini gördü”.

Bahar RÜSTƏMLİ
AzNews.az