Tofiq Yaqublu azadlıqda — Dövlətin humanist addımı, müxalifətin absurd kampaniyası...

Tofiq Yaqubluya münasibət əvvəldən hüquq çərçivəsində və humanist prinsiplərə uyğun olub

Tofiq Yaqublu haqqında qərar ev dustaqlığına dəyişdirildi və bu dövlətin humanist prinsiplərə əsaslanan siyasətinin növbəti nümunəsidir. Çünki söhbət törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunan şəxsin – Tofiq Yaqublunun vəziyyətinin nəzərə alınmasından gedir.

Dövlət Tofiq Yaqublunun səhhətini və onunla bağlı qərarın dəyişdirilməsi üçün edilən müraciətləri nəzərə alaraq bu humanist addımı atdı. Xalq artisti Zeynəb Xanlarova, Yazılçılar Birliyinin sədri Anar Rzayev, yazıçı Çingiz Abdullayev və digərləri Tofiq Yaqublu ilə bağlı müraciətlər etmişdi.

İddiaların əksinə olaraq, Tofiq Yaqubluya münasibət əvvəldən hüquq çərçivəsində və humanist prinsiplərə uyğun olub.

Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.


O, İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.

Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Tofiq Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi müalicəsi davam etdirilib.

TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları da xəstəxanada Tofiq Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.

Amma radikal müxalifət və “5-ci kalon” yaqublunun aclıq aksiyasını kampaniyaya çevirərək, siyasi maraqlarını onun üzərindən təmin etməyə çalışırdı. Bunu Tofiq Yaqublunun həkimi Adil Qeybulla da açıq şəkildə bildirib.

Adil Qeybulla Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsi qərarını humanist addım kimi qiymətləndirib və yaranmış vəziyyəti kampaniyaya çevirərək onun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınayıb.

“Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, Tofiq Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”, - Qeybulla bildirib.

Ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri də Tofiq Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki "5-ci kolon"u ciddi qınadılar.

Məhkəmə məhz Tofiq Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.

Radikal müxalifət və xaricdəki "5-ci kolon" isə bu qərardan da siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Tofiq Yaqublu haqqında qərarı “qələbə” kimi təqdim etmələri, bundan sui-itifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirmələri də bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur.

Tofiq Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

Ən təəccüblü məqam isə Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirlik etməsidir. Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə, atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, “həbsxanada ölmüş məhbus qızı” statusu vacib idi.

Səbəb nə idi?

“Həbsxanada ölmüş məhbus qızı” statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaqmı almaq?

Ərinə daha “parlaq” siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlini kaprizlərini təmin etmək?

Bunun cavabını özü yəqin ki, yaxşı bilir. Lakin bu kampaniya, bir insanın aclığı üzərindən qazanc əldə etmək oyunları radikal müxalifətin simasını bir daha ortaya çıxardı. Neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənlər, insanların sosial durumunun ağırlaşmasını istəyənlər, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardan bundan artıq münasibət gözləmək də mümkün deyil.

Tofiq Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar isə heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə də göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur...

Zaur Hacılı