Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq
  • Tribuna
  • 14 İyun 2021 17:35
  •  13 209

Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara çağırış etdi

Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq

“Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahili istirahət üçün sevimli yerlərdən sayılır. Buna görə də, bizi narahat edən, hər il təkrarlanan məsələləri sizlərlə bölüşmək istəyirəm. Təəssüflər olsun ki, biz tez-tez çimərliklərimizin necə çirkləndiyinin şahidi oluruq”.

AzNews.az-ın məlumatına görı, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O bildirib ki, artıq bir neçə ildir ki, ekoloqlar yay aylarında sahil zolağının təmizlənməsi ilə bağlı aksiyalar keçirir:

“Sevindirici haldır ki, bizim tədbirlərimizdə müxtəlif ekoloji təşkilatlar və könüllülər iştirak edir. Lakin bununla problemi kökündən həll etmək kifayət etmir. Biz yaxşı anlayırıq ki, belə kampaniyalar mövcud problemə diqqətin cəlb edilməsi üçün keçirilir. Lakin, fokusumuzu çimərliklərin təmizlənməsindən zibilliklərin əmələ gəlməsinin qarşısının alınması ilə əvəz etsək, birlikdə məqsədimizə nail ola bilərik”.

“Bu gün mən xüsusilə bizim cəmiyyətin qadınlarına müraciət etmək istəyirəm. Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq. Təmizliyə və səliqəliliyə sevgi hissi isə hər birimizdə var. Ətrafımızda təmizlik və səliqəlilik olanda hər birimizə xoş olur. Buna nail olmaq isə elə də çətin deyil, kifayət edər ki, hər kəs istirahətdə olduğu yeri özündən sonra yığışdırsın.

Bununla biz, həm də hər kəsin ardınca yığışdırmağı təbii ki çatdırmayan şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olarıq. Bura bizim doğma ölkəmizdir. Məqsədimiz onu qorumaq, bizdə olan bütün yaxşı ənənələrini saxlamaqdır.

Əziz, hörmətli qadınlar, Sizə müraciət edərək tərəfinizdən anlayışla qarşılanmağımı ümid edirəm. Bütün qadınları və təbiət istifadəçilərini təbiəti, ətraf mühiti zibilləməməyə çağırıram”.