- Tribuna
- 2 Avqust 2021 13:00
- 25 770
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verildi
Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb
AzNews.az-ın xəbərinə görə, toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Məsələ parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.