Fazil Mustafa: “Şuşanın, tədricən bütün Qarabağın Azərbaycanın yurisdiksiyasında olmasını təmin etməliyik” Fazil Mustafa: “Şuşanın, tədricən bütün Qarabağın Azərbaycanın yurisdiksiyasında olmasını təmin etməliyik”
  • Tribuna
  • 3 Sentyabr 2021 14:55
  •  22 545

“Şuşanın işğaldan azad edilməsi bizim üçün böyük məsuliyyətdir” - Millət vəkili

Fazil Mustafa: “Şuşanın, tədricən bütün Qarabağın Azərbaycanın yurisdiksiyasında olmasını təmin etməliyik”

Millət vəkili Fazil Mustafa Şuşa səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, səfər zamanı Şuşanın görməli yerlərini gəzib, problemləri ilə tanış olublar.

“Əsasən Şuşadan olan tanınmış şəxslərin evlərini ziyarət edib, müxtəlif bilgilər aldıq. Cıdır düzündə olduq , Gövhər ağa məscidində namaz qıldıq, ibadətlərimizi etdik. Yazarlarımız, şairlərimizlə müzakirələrimiz oldu. Hesab edirəm ki, çox gözəl təəssüratlar əldə etdik. Həm də real durumla bağlı bilgilərimiz oldu. Şuşa həqiqətən də Azərbaycanın nadir sənət incisidir".

Deputatın fikrincə, Şuşa şəhərinin yenidən Azərbaycanda olması, erməni işğalından qurtulması bizim üçün böyük məsuliyyətdir.

“Biz çalışmalıyıq ki, bu məsuliyyəti hər birimiz hiss edək. Şuşanın, tədricən bütün Qarabağın Azərbaycanın yurisdiksiyasında olmasını təmin edək. Təbii ki, bu proses də baş verəcək. Hazırda Şuşada böyük quruculuq işləri görülür. Ölkə Prezidenti tərəfindən Qarabağ mehmanxanasının , Vaqifin məqbərəsini açılışı böyük tarixi hadisə idi. Biz də onun iştirakçısı olduq. Özümü Şuşada olmaqdan ancaq xoşbəxt hiss edə bilərəm".

Şəbnəm Zahir