Azərbaycanın çoxtərəfli uğurlu xarici siyasət kursu ölkəmizin beyhəlxalq aləmdəki münasibətlərini getdikcə yaxşılaşdırır. Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır Azərbaycanın çoxtərəfli uğurlu xarici siyasət kursu ölkəmizin beyhəlxalq aləmdəki münasibətlərini getdikcə yaxşılaşdırır. Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır
  • Tribuna
  • 29 İyul 2022 13:24
  •  8 517

Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətləri genişləndirmək arzusundadır

Azərbaycanın çoxtərəfli uğurlu xarici siyasət kursu ölkəmizin beyhəlxalq aləmdəki münasibətlərini getdikcə yaxşılaşdırır. Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır

Novruz bayramında və Müstəqillik Günü ilə əlaqədar müxtəlif ölkələrin dövlət başçılarından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubları da bunu təsdiqləyir. Dövlət başçımıza göndərilən təbrik məktubları sırasında dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ Prezidenti Cozef Baydenin məktubları xüsui qeyd edilməlidir. Çünki dünyanın supergüc dövləti ilə münasibətlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri bizimlə söhbətində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi. Hüquq müdafiəçisi dedi ki, rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Eləcə də, rəsmi Vaşinqton Azərbaycanla münasibətləri genişləndirmək üçün lazımi addımlar atır. İki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə sıx təmaslar mövcuddur. Son bir ildə Ağ ev rəhbəri Cofef Baydenin Prezident İlham Əliyevə dəfələrlə təbrik məktubu göndərməsi ABŞ-ın ölkəmizlə əməkdaşlığıa önəm verməsinin göstəricisidir. Artıq dünya birliyi də Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu etiraf edir.

Ç.Qənizadə bir neçə gün əvvəl ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyvə zəng etməsindən də söhbət açdı. Dedi ki, Entoni Blinkenin bəzi problemlərin həllində dövlətimizin başçısı ilə müzakirələr aparmas, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının ölkəsi tərəfindən dəstəkləndiyini qeyd etməsi, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirməsi dünyanən supergüc dövlətinin ölkəmizlə münasibətlərin getdikcə yaxşılaşdırılmasında maraqlı olduğunu təsdiqləyən daha bir faktdır.

Hüquq müdafiəçisi Entoni Blinkenin, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu da ifadə etdiyini vurğuladı: “Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub. Onu da qeyd edək ki, bu memorandumun imzalanması beynəlxalq aləmdə də əks-səda doğurub. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizlynin təminatında mühüm rol oynayan ölkələrdən biri olaraq qalır”.

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirdiyini diqqətə çatdıran Ç.Qənizadə Azərbaycanın artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırdığını bildridi: “Dövlətimizin başçısı, həmçinin birinci Ermənistan –Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu diqqətə çatdırdı və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti yönəltdi. Bununla yanaşı, dövlət başçımız Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini ABŞ Dövlət katibinin diqqətinə çatdırdı”.