Türkiyə prezidenti çıxış edib. Türkiyə prezidenti çıxış edib.

Ərdoğan xalqı səbirli olmağa çağırdı

Türkiyə prezidenti çıxış edib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan çıxışında seçkinin nəticələrinə bəzi müxaliflərin kölgə salmaq istədiyini, lakin nail olmayaraq, qəbul etmək məcburiyyətində qaldığını bildirib.

O, bütün problemlərə qarşı mübarizə aparıldığını, xarici qüvvələrin həmlələrini boşa çıxardıqlarını qeyd edib.

Prezident bəzi sıxıntıların da həlli ilə bağlı xalqın səbrli olmasının vacibliyini vurğulayıb.

“Millətimizin könlünü fəth etmədən hədəflərə nail ola bilmərik”, - deyə Ərdoğan bildirib.

O, “bizim kitabımızda “mən” yoxdur, “biz” var”, - deyə münasibət bildirərək, AK Partiyada (Adalet ve Kalkınma Partisi) “mən” deyənlərin olmadığına diqqət çəkib.

R.T.Ərdoğan Apellyasiya Məhkəməsinin himnlə bağlı qərarı barədə isə “bizim tək andımız İstiqlal marşımızdır” şəklində açıqlama verib.

Nurlan AĞA
AzNews.az