"Münbici terror təşkilatlarına veriblər". "Münbici terror təşkilatlarına veriblər".

"Çıxarmasanız, biz Münbicə girəcəyik!"

"Münbici terror təşkilatlarına veriblər".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmə konfransında İraqda keçirilən hərbi əməliyyatlardan danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı “Dünən axşam İraqda əməliyyat keçirdik. Mütəmadi olaraq sərhədlərimizə təhlükə yaradan Sincar və Mahmurun ətəkləri Karaçarda atılan addımlara qarşı tədbirlərimizi gördük. Dayandıqmı? Xeyr. Bunun ardı gələcək”, - deyib.

O, verdiyi açıqlamada “Münbic 85-90% ərəblərin yaşadığı yerdir. Amma tamamilə terror təşkilatlarına veriblər. Oranı onlardan boşaldacağıq, dedilər. Göndərmədilər. İndi də deyirik ki, təmizləyirsinizsə, təmizləyin. Çıxarmasanız, biz Münbicə girəcəyik”, - deyə bildirib.

Pərvanə Ağazadə

AzNews.az