- Türkiyə
- 15 Yanvar 2019 11:00
- 2 600
Adnan Oktarın 86 şirkəti üzə çıxdı

Bu şirkətlərin 80-i artıq fəaliyyət göstərmir.
Türkiyədə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) rəhbəri Muhiddin Gülal problemli şirkətlərdən bəzilərinin 2019-cu ildə satılacağını bildirib.
AzNews.az xəbər verir ki, Anadolu agentliyinə danışan Gülal Adnan Oktar qrupuna aid 86 şirkətin də TMSF qəyyumluğunda idarə edildiyini deyib:
“Hazırda aşkarlama işləri davam edir. Bu şirkətlərin 80-i artıq fəaliyyət göstərmir. Adnan Oktarın şirkətlərinin 10 milyon lirəlik varidatı var”.
Pərvanə Ağazadə
AzNews.az
