2015-ci ildən bəri Suriyanın şimalında 2 mindən çox vətəndaş şəhid olub. 2015-ci ildən bəri Suriyanın şimalında 2 mindən çox vətəndaş şəhid olub.

Sərhədimizdəki terror bataqlığını qurutmadan dayanmayacağıq - Fəxrəddin Altun

2015-ci ildən bəri Suriyanın şimalında 2 mindən çox vətəndaş şəhid olub.

Türkiyə prezident aparatının rəsmisi Fəxrəddin Altun ABŞ-lı senator Qrahamın səfərindən əvvəl Türkiyənin terrorla mübarizədə qərarlılığını və haqlılığını vurğulayan paylaşım edib.

AzNews.az xəbər verir ki, Fəxrəddin Altun 2015-ci ildən bəri Suriyanın şimalında baş verən terror hücumları səbəbilə 2 mindən çox vətəndaşın şəhid olduğunu bildirib.

Altun tvitter səhfəsində PKK/YPG, İŞİD və FETO-nun son illərdə Türkiyədə etdiyi hücumların görüntülərindən ibarət video paylaşıb.

Videoda son 3 ildə PKK/YPG, İŞİD və FETO terror qruplaşmalarının 100-dən çox ölümcül hücumu ilə qarşı-qarşıya qalan Türkiyənin hər cür terrorla mübarizə etdiyi vurğulanır.

F.Altun bu terror hücumlarının çoxunun Suriyanın şimalında planlaşdırıldığına diqqət çəkib.

"Millətimiz bu hücumlardan çox təsirləndi. Ədalət yerini tapana qədər yolumuzdan dönməyəcəyik. Sərhədimizdə yerləşən terror bataqlığını qurutmadan dayanmayacağıq". Altun belə deyib.

Pərvanə Ağazadə

AzNews.az