Adnan Oktar hazırda tək nəfərlik kamerada saxlanılır. Adnan Oktar hazırda tək nəfərlik kamerada saxlanılır.

Adnan Oktarın həbsxanadan son görüntüləri - FOTOLAR

Adnan Oktar hazırda tək nəfərlik kamerada saxlanılır.

Bir sıra cinayətlərdə ittiham edilərək 5 ay öncə saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktarın həbsxanadakı son fotoları yayılıb.

“Haberler.com” xəbər verir ki, Ədirnədəki həbsxanalardan birində saxlanılan Oktarın arıqladığı, saçının töküldüyü və ağardığı üzə çıxıb.

O, hazırda tək nəfərlik kamerada saxlanılır.

Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.(qafqazinfo.az)

© AzNews.az

image description image description