Görüşlərdə ABŞ-ın çəkilmə qərarı və təhlükəsiz zona ilə bağlı son vəziyyətin müzakirəsi gözlənilir. Görüşlərdə ABŞ-ın çəkilmə qərarı və təhlükəsiz zona ilə bağlı son vəziyyətin müzakirəsi gözlənilir.

ABŞ-ın Suriya nümayəndəsi Türkiyəyə gedir - Səbəbi açıqlandı

Görüşlərdə ABŞ-ın çəkilmə qərarı və təhlükəsiz zona ilə bağlı son vəziyyətin müzakirəsi gözlənilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ceyms Cefrinin Türkiyəyə gələcəyini bildirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu ABŞ-ın Suriyadan çəkilmə müddəti ilə bağlı təqvim verilmədiyini qeyd edib:

"Təhlükəsiz zona ilə bağlı verilən təqvim yoxdur. Suriyada kim nə etmək istəyirsə, Türkiyə ilə etməlidir. Təklikdə təhlükəsiz zona yarada bilərik".

Ceyms Cefri ilə baş tutacaq görüşlərdə ABŞ-ın çəkilmə qərarı və təhlükəsiz zona ilə bağlı son vəziyyətin danışılacağı gözlənilir.

Çavuşoğlu Ankara və Vaşinqton arasında müzakirələrin davam etdiyini vurğulayıb:

"ABŞ-la ümumi çərçivədə bir-iki nöqtədən başqa çəkilmə, koordinasiya, boşluğun terroristlərlə doldurulmaması, verilən silahların toplanması ilə bağlı fikirlərimiz üst-üstə düşür".

Qeyd edək ki, Cefri ən son yanvarın 8-də ABŞ Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Donford ilə birlikdə Ankaraya gedib.

Pərvanə Ağazadə

AzNews.az