Ərdoğan kinematoqrafçıları Prezident Sarayına topladı - Adlar

Görüşə çoxsaylı prodüserlər, aktyorlar və rejissorlar qatılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kino sektorunda çalışan insanları Ankarada "Beştepe"də yerləşən Prezident Sarayında bir araya topladı.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşə çoxsaylı prodüserlər, aktyorlar və rejissorlar qatılıb.

Mars Entertainment Group (Cinemaximum kinosu zənciri) ilə ödənişlər və anlaşılmazlıqlar Prezident Ərdoğan ilə müzakirə ediləcək.

TOPLANTIYA QATILAN PRODÜSERLƏR:

Birol Güven, Şükrü Avşar, Timur Savcı, Cemal Okan, Muzaffer Yıldırım, Şahan Gökbakar, Çağrı Özeren, Necati Akpınar, Fatih Aksoy, Kerem Çatay, Mehmet Bozdağ, Serdar Öğretici, Raci Şaşmaz, Bahadır Özener, Elif Dağdeviren, Şükrü Erol Avcı.

TOPLANTIYA QATILAN AKTYORLAR:

Bülent İnal, Burak Özçivit, Oktay Kaynarca, Ata Demirer, Tamer Karadağlı, Şoray Uzun, Demet Akbağ, Raci Şaşmaz, Onur Tan, Bahadır Özdener.

TOPLANTIYA QATILAN REJİSSORLAR:

Mahsun Kırmızıgül, Yılmaz Erdoğan, Onur Tan.

Babək Göyüş

AzNews.az