Türkiyə və Pakistan liderləri müzakirələr apardılar

Ərdoğan və İmran Xan arasında müzakirələr aparılıb.

İslamabad və Dehli arasında gərginliyin artması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xan arasında müzakirələr aparılıb.

Anadolu agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Pakistanın hava sahəsinə girmiş və girov götürülmüş Hindistan pilotunun azad olunması qərarını müsbət qiymətləndirib, iki ölkə arasında problemlərin danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu qeyd edib.

İmran Xan Pakistana və Kəşmir xalqına göstərdiyi daimi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. O, bir daha İslamabadın problemin sülh və dialoq yolu ilə həlli tərəfdarı olduğunu vurğulayıb.(AZƏRTAC)

AzNews.az