- Türkiyə
- 27 Mart 2019 14:51
- 1 310
Lavrovla Çavuşoğlunun görüş vaxtı açıqlandı

Görüş Antalyada baş tutacaq.
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov martın 29-da görüşəcəklər.
Bu barədə Türkiyə XİN-dən məlumat veriblər.
Qeyd olunub ki, görüş Antalyada baş tutacaq.
Nazirlər arasında görüş Rusiya-Türkiyə strateji planlaşdırma qrupunun iclası çərçivəsində keçiriləcək.
Həmin iclas zamanı 2019-2020-ci illər üçün ikitərəfli əməkdaşlıq üzrə planlar müzakirə olunacaq.(trend.az)
AzNews.az