- Türkiyə
- 2 Aprel 2019 09:54
- 1 931
TIR yola aşdı, əşyalar ətrafa dağıldı

Hadisə Yavuz Sultan Səlim Körpüsü istiqamətində qeydə alınıb.
İstanbullular günü qəza xəbəri ilə açıb. Yavuz Sultan Səlim Körpüsü istiqamətində TIR qəzası meydana gəlib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda Şimali Mərmərə Çevrə yolunda, Paşaköydə bir TIR qəzası baş verib.
Qəza nəticəsində TIR-da olan bütün əşyalar yerə dağılıb. Ətrafdakı sürücülərin qəza haqqında xəbərdarlıq etməsindən sonra aidiyyatı qurumlar TIR-ı və yola səpələnmiş əşyaları ərazidən kənarlaşdırıblar.
Səidə Vahid
AzNews.az
