Xəbəri FOX TV-nin aparıcısı yayıb Xəbəri FOX TV-nin aparıcısı yayıb

Gözlər Binali Yıldırımda - Bu gün açıqlama verəcək

Xəbəri FOX TV-nin aparıcısı yayıb

İstanbul Böyükşəhər Bələdiyyə başqanı namizədi və AKP-nin millət vəkili Binali Yıldırımın bu gün seçkilərlə bağlı mətbuat konfransı keçirəcəyi iddia edilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, FOX TV-də sabah xəbərlərini aparan jurnalist İsmail Küçükkaya Binali Yıldırımın bu gün seçkinin nəticələri ilə bağlı açıqlama verəcəyini deyib.

Yıldırımın Sütlücədəki AKP İstanbul İl Başqanlığında mətbuat nümayəndələri ilə görüşəcəyi, Maltəpədə yenidən sayım və AKP-nin bundan sonra atacağı addımlarla bağlı açıqlama verməsi gözlənilir.

Pərvanə Ağazadə

AzNews.az