"CHP liderinə edilən linç məqsədi daşıyan hücumu qınayıram" "CHP liderinə edilən linç məqsədi daşıyan hücumu qınayıram"

Məşhur ifaçı Kılıçdaroğlunu müdafiə etdi

"CHP liderinə edilən linç məqsədi daşıyan hücumu qınayıram"

“Athena” qrupunun solisti Gökhan Özoğuz CHP lideri Kamal Kılıçdaroğlunun şəhid cənazəsində yumruqlanmasını qınayıb.

Məşhur rokçu tvitter hesabında paylaşım edərək müxalif liderə hücumü sərt bir şəkildə tənqid edib:

“Çox təəssüflər olsun! Şəhid bizim şəhidimizdir. Bu ölkə belə parçalanır, bölünür. Amma həqiqi vətənpərvərlər buna icazə verməyəcək. Bu rüsvayçılığı edənlər azlıq təşkil edir. Gün gələcək, insanların üzünə baxa bilməyəcəksiz. Siz gecə necə yatırsız? CHP liderinə edilən linç məqsədi daşıyan hücumu qınayıram. Allah ölkəmizi bu vəziyətdən müdafiə etsin. Biz bu mərhələdən keçəcəyik. İstehsal, təhsil, sənət, hüquq-mühafizə mövzularında haqqın olacağına ümid edirəm. Hər şeyimiz bu ölkə üçün olsun”.(qafqazinfo.az)

AzNews.az