- Türkiyə
- 29 İyul 2019 11:27
- 3 141
Türkiyədə FETÖ-ya qarşı böyük əməliyyat - 16 nəfər tutuldu

Digərlərinin tutulması üçün əməliyyat davam edir
FETÖ istintaqı çərçivəsində Türkiyə Quru Qoşunlarında əvvəllər çalışan 41 şübhəli şəxs haqda həbs qərarı verilib.
AzNews.az xəbər verir ki, əməliyyat Ankarada həyata keçirilib.
Onlardan 16 nəfər nəzarətə götürülüb. Digərlərinin tutulması üçün əməliyyat davam edir.
Gül Qədirli
AzNews.az