Avqust ayında tariximizin zəfər halqasına yeni bir zəfər də əlavə edəcəyik - Ərdoğan

Türkiyə prezidenti Beştəpədə xarici diplomatiya rəhbərlərinin və dövlət orqanlarının təbriklərini qəbul edəcək

Avqust ayının türk tarixində “zəfər ayı” olduğunu deyən prezident Rəcəb Tayyib Ərdoğan 26 avqustda Malazgirt zəfərinin 948-ci ildönümü tədbirlərinə gedəcək, 30 avqust Zəfər bayramının 97-ci ildönümündə Beştəpədə çox sayda iştirakçıları olan tədbir keçirəcək.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli seçimlərdən sonra Rəcəb Tayyib Ərdoğan ilk təşəkkür ziyarətini həftə sonu ata ocağı Rizəyə, sonra isə Malazgirt zəfərinin 948-ci öldünümü qeyd etmək üçün 26 avqust Ahlat və Malazgirtə edəcək.

Ərdoğanın MHP lideri Dövlət Baxçalı ilə iştirak edəcəyi tədbirlər çərçivəsində ilk olaraq Bitlisin Ahlat bölgəsində “Selçuklu Meydan Mezarlığı”nı ziyarət etməsi planlaşdırılır.

Ərdoğan daha sonra Muşun Malazgirt bölgəsinə gedəcək.

“Malazgirt meydan müharibəsi milli parkı"nda Prezident Malazgirt zəfərinin 948-ci ildönümü tədbirlərində iştirak edəcək.

Ərdoğanın Ahlat və Malazgirtdə olacaq danışmalarında “birlik və bərabərlik” mesajı verməsi planlaşdırılır.

Ərdoğanın 30 avqust Zəfər bayramının 97-ci ildönümündə isə ilk olaraq “Anıtkabir”i ziyarət etməsi planlaşdırılır. Daha sonra isə Beştəpədə xarici diplomatiya rəhbərlərinin və dövlət orqanlarının təbriklərini qəbul edəcək.

Ərdoğanın 30 avqust axşamı isə Beştəpədə başda şəhid yaxınları və əlillər olmaqla siyasət, iş, idman və sənət icmasından olan adamlarla geniş tədbir keçirəcək.

Ərdoğan Qurban bayramı üçün yayımladığı mesajda avqust ayının Türk tarixində zəfər ayı olduğunu söyləyərək "İnşallah, bu avqust ayında tariximizin zəfər halqasına yeni bir zəfər də əlavə edəcəyik” deyib.

Mehri QURBANOVA

AzNews.az