O, 3 filmin ssenarisi yazıb, müxtəlif filmlər və seriallarda rol alıb O, 3 filmin ssenarisi yazıb, müxtəlif filmlər və seriallarda rol alıb

Yeşilçamın ustadı Süleyman Turan vəfat etdi

O, 3 filmin ssenarisi yazıb, müxtəlif filmlər və seriallarda rol alıb

Türkiyənin tanınmış aktyoru Süleyman Turan səhər Kadıköydəki evində infarkt keçirərək həyatını itirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşilçamın ustadlarından olan Süleyman Turan 82 yaşında idi.

Süleyman Turan kimdir?

19 noyabr 1936-cı ildə İstanbulda doğulub. Sənət həyatını teatr ilə başlayan Süleyman Turan bir vaxt jurnal rəssamı olaraq işləyib. Bir müddət karikatura və rəsm çəkib. Şəkillərini “ Akbaba” jurnalında yayımlayıb. "Axşam qəzetində" çəkməyə başlayıb. Afişalar və kitab qapaqları hazırlayıb.

Rəssamlığına “Sabah” qəzetində davam edib. 1963-cü ildə bir jurnalın açdığı yarışmanı qazanaraq kinoda yer alıb.

Süleyman Turan 3 filmin ssenarisi yazıb, müxtəlif filmlər və seriallarda rol alıb.

Mehri QURBANOVA

AzNews.az