O, Türk xalqını alçaltmaqda ittiham olunur O, Türk xalqını alçaltmaqda ittiham olunur

Trampı məhkəməyə verdilər - Ərdoğana yazdığı məktuba görə

O, Türk xalqını alçaltmaqda ittiham olunur

Türkiyənin Qaziantep şəhərində yaşayan Mehmet Kurtoğlu adlı vətəndaş vəkili vasitəsilə ABŞ prezidenti Donald Trampı məhkəməyə verib.

AzNews.az xəbər verir ki, buna səbəb onun 9 oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub olub.

Həmin vətəndaş Qaziantep Respublika Baş Prokurorluğuna müraciət edib. M. Kurtoğlu Trampı prezidenti təhqir etməkdə və Türk xalqını, Türkiyə Respublikasını, dövlətin qurum və orqanlarını alçaltmaqda ittiham edib və iddia qaldırılmağını tələb edib.

Xatırladaq ki, Tramp Ərdoğana ünvanladığı məktubda ondan PKK terroristi ilə danışığa getməyini istəyib.

"Hörmətli Prezident,

Gəlin, əlverişli razılaşma əldə etməyə çalışaq. Siz minlərlə insanın ölümündə təqsirli olmaq istəməzsiniz. Mən də Türkiyənin iqtisadiyyatını məhv etmək istəmərəm – ancaq edə bilərəm. Bu mövzuda edə biləcəklərimin kiçik bir hissəsini rahib Branson məsələsində göstərmişdim. Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyaya xəyal qırıqlığı yaşatmayın. Yaxşı razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Cilo adlı PKK terroristi) sizinlə danışıqlara getmək istəyir. Əvvəlkindən fərqli olaraq bir çox şeydə güzəştə getməyə razıdır. Təzəlikcə əlimə keçən mənə ünvanladığı məktubu da sizə göndərirəm. Əgər bunu doğru və insani formada həyata keçirə bilsəniz, tarix sizə müsbət yanaşacaq. Yaxşı şeylər olmasa, tarix sizi sona qədər şeytan kimi görəcək. Düşmən bir adam olmayın. Axmaq olmayın. Sizə sonra zəng edəcəm.

Hörmətlə,

Donald Tramp".

Pərvanə

AzNews.az