Ərdoğan Trampın açıqlamalarına cavab verdi - SON DƏQİQƏ

"Biz terrorizmə qalib gələndə..."

"Ümumi səylərimiz nəticəsində bölgədə sülh və sabitliyin təmin olunacağına əminəm".

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində Trampın açıqlamalarına cavab verərkən bildirib.

"Hörmətli, Prezident, insanlığın düşməni olan terrorizmə qalib gələndə bundan daha çox insanın həyatı xilas olacaq".

Xatırladaq ki, Donald Tramp "Twitter" səhifəsində Ərdoğana təşəkkür etmişdi.

"Türkiyədən yaxşı xəbərlər gəldi. Milyonlarla insanın həyatı xilas olacaq. Təşəkkürlər, Ərdoğan".

Pərvanə

AzNews.az