"Millət siqaret çəkməsə, sənin büdcəndəki kəsr artacaq” "Millət siqaret çəkməsə, sənin büdcəndəki kəsr artacaq”

Sənin başqa dərdin yoxdur, qardaş? - Qılıçdaroğlu Ərdoğana səsləndi

"Millət siqaret çəkməsə, sənin büdcəndəki kəsr artacaq”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Qılıçdaroğlu partiyasının Milli Məclisdəki qrup iclasında gündəm mövzuları ilə bağlı danışıb.

AzNews.az xəbər verir ki, partiya lideri prezident Rəcəb Tayyib Ərdoğanın “Siqaret haramdır” sözlərinə reaksiya verib.

“Bütün əsas mövzular ortalıqda qala-qala bunların müzakirə etdiyi iki mövzu var. Deyir, maşınınızda siqaret çəkməyin. Sənə nə? Maşın mənimdir, çəkərəm ya çəkmərəm, özüm bilərəm. Yox, çəkməyəcəksən deyir. Alver edəndə plastik torba versələr, ödəniş etməlisən deyir. Sənin başqa dərdin yoxdur, qardaş? Ölkədə başqa problem yoxdur? Ərzaq bahalaşır. Bunların problemə tapdığı həll yolu budur. İndi də dirəşiblər ki, siqaret haramdır. Millət siqaret çəkməsə, sənin büdcəndəki kəsr daha da artacaq”.

O, Trampın Ərdoğana ünvanladığı məktubla bağlı da danışıb.

“Trampın məktubunu necə həzm etdilər? Alçaldılmış cəmiyyət, ölkə və insanlar ola-ola həmin məktub necə ürəklərinə yatdı?”, -deyə Qılıçdaroğlu bildirib.

Partiya lideri sözlərinə belə davam edib:

“Konstitusiyanın 104-cü maddəsinə əsasən, Prezident dövlət başçısı kimi Türkiyə Respublikasını və türk millətini təmsil edir. Mən etiraz edirəm. O prezident deyil. Əsla deyil. Mənim də, bu ölkəni, vətəni və bayrağını sevənlərin də prezidenti deyil. Hə, gedər Amerikaya onu deyə bilmərəm. Orada mülkiyyəti olduğunu deyirlər, onunla təhdid edilir. Çıxıb desin də. Desin ki, "Mənim mal varlığım göz önündədir. Dünyada mənə və ailəmə aid başqa heç nə tapa bilməzsiniz". De də. Deyə bilmirsən sən bunu”.

Pərvanə

AzNews.az