Bu məsələ ilə Türkiyə Ədliyyə Nazirliyi məşğul olur Bu məsələ ilə Türkiyə Ədliyyə Nazirliyi məşğul olur

Bağdadinin həyat yoldaşının yanında DNT analizi təsdiqlənmiş övladı da var - Ərdoğan

Bu məsələ ilə Türkiyə Ədliyyə Nazirliyi məşğul olur

“İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı 1 ildən çoxdur ki, həbs olunub”.

NTV telekanalına istinadən verilən xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

“Əbubəkr əl-Bağdadinin həyat yoldaşının yanında, DNT analizi təsdiqlənmiş övladı da var”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Əbubəkr əl-Bağdadinin yaxınlarının gələcək aqibətinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ ilə Türkiyə Ədliyyə Nazirliyi məşğul olur, bununla bağlı müvafiq qərar veriləcək.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti bildirib ki, İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib. Bundan əvvəl isə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. (APA)

AzNews.az