"Doğulmamış uşağa paltar biçilməz" "Doğulmamış uşağa paltar biçilməz"

Ərdoğan Trampla görüşü haqda sualı atalar sözü ilə cavablandırdı

"Doğulmamış uşağa paltar biçilməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Viktor Orbanla ortaq mətbuat konfransında sualları cavablandırıb.

Türkiyə mediası xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla noyabrın 13-də keçiriləcək görüşü ilə bağlı suala atalar sözü ilə qarşılıq verib:

“Doğulmamış uşağa paltar biçilməz. Hər şeydən əvvəl görüşdə ikitərəfli əlaqələrimiz başda olmaqla regional məsələlərdən danışacağıq. Xüsusilə, S-400 və F-35 mövzusu müzakirə olunacaq Məzlum Kobani deyilən adamın Bağdadidən fərqi yoxdur. Yüzlərlə insanın qanına girən təşkilatın başındadır”.(qafqazinfo.az)

AzNews.az