FETÖ terror təşkilatı da müzakirə edilməsi nəzərdə tutulan məsələlər arasında ən üst sırada dayanır FETÖ terror təşkilatı da müzakirə edilməsi nəzərdə tutulan məsələlər arasında ən üst sırada dayanır

Ərdoğan: "Bu günə qədər biz düşündük, bundan sonra onlar düşünsün" - SON DƏQİQƏ

FETÖ terror təşkilatı da müzakirə edilməsi nəzərdə tutulan məsələlər arasında ən üst sırada dayanır

"Bu səfəri çətin günlərdə həyata keçirirəm".

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton səfərindən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə terrorla mübarizə, iqtisadi əlaqələr müzakirə olunacaq. FETÖ terror təşkilatının da müzakirə edilməsi nəzərdə tutulan məsələlər arasında ən üst sırada dayandığını qeyd edib.

"Suriya məsələsini də ətraflı müzakirə edəcəyik. İndilərdə İŞİD terroristlərini də ölkələrinə qaytarmağa başlamışıq. Bu günə qədər biz düşündük, bundan sonra onlar düşünsün. Fərhad Abdi Şahini qatil, terrorist kimi tanımamaqlarının səhv olduğunu, əldə etdiyimiz razılaşmanın şərtlərinə tam əməl edilmədiyini sənədlərlə özlərinə sübut edəcəyik".

Prezident terror qruplaşmalarının bölgədən çəkilmədiyini vurğulayıb:

"Bunu demək mümkün deyil. Nə Rusiya, nə də ABŞ terroristləri təyin olunan vaxtlarda bölgədən çıxara bilmədilər. Bunları Trampla, qayıdan da Putinlə telefonla müzakirə edəcəyik. Terror qruplaşmaları Munbicdə də, Tel Abyad da var".

Ərdoğan rəsmi görüşlərin ardınca Amerika Dəyanət Mərkəzinə də baş çəkəcəklərini bildirib.

Pərvanə

AzNews.az