Onlardan ikisinin 14 yaşlı qız olduğu üzə çıxıb Onlardan ikisinin 14 yaşlı qız olduğu üzə çıxıb

Rəqs edərək girdikləri evlərdən oğurluq edən azyaşlılar tutuldu

Onlardan ikisinin 14 yaşlı qız olduğu üzə çıxıb

Türkiyənin Osmaniyə bölgəsinin Kadirli ərazisində rəqs edərək daxil olduqları mənzildən 5 min lirə pul və 5 min lirə dəyərində qızıl götürən qızlar daha sonra digər evdən 30 min lirə dəyərində qızıl oğurlayan zaman polis tərəfindən saxlanılıb.

Onlardan ikisinin 14 yaşlı qız olduğu üzə çıxıb. Digər qadının kimliyi isə araşdırılır.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Adana şəhərinin Şehit Kansu Küçükateş məhəlləsindəki binaya girən iki qız və hamilə qadın rəqs edərək bir mənzilin zəngini çalıblar. Qapını açan olmadıqda isə əllərindəki alətlə kilidi açaraq içəri daxil olublar.

Evdə olan pul və qızılları oğurlayan 3 şəxs binadan çıxaraq qaçıblar.

Olaydan 2 gün keçdikdən sonra eyni üsulla ev soymağa çalışan qadınlar polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, saxlanılan qızlar hamilə olan dostlarının adını polisə deməyib.

Səidə Vahid

AzNews.az

image description