Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib

20 Yanvar şəhidlərini rəhmətlə anıram

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar 1990-cı il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.

AzNews.az xəbər verir ki, M.Çavuşoğlu bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram", - deyə Türkiyə XİN başçısı vurğulayıb.

AzNews.az